Qəbələdə karantin qaydalarını pozan restoranın icarədarı və toy sahibi cərimələnib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı restoranda və fərdi evdə keçirilən toy mərasimində karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, yoxlamalar zamanı “Shooting club” restoranında təşkil edilən mərasimin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də on nəfər qonağın COVID-19 pasportu olmadığı aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyektin icarədarı Ram Salamov inzibati məsuliyyətə cəlb edilib.
Digər karantin rejiminin tələblərinin pozulduğu toy mərasimi isə Yemişənli kəndində qeydə alınıb. Ramin Rəfiyevə məxsus evin həyətyanı sahəsində keçirilən məclisdə iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığından toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Şoyqudan Paşinyana ittiham: Basqın siyasəti!