Ucarda yanğın: 110 kvadratmetrlik ev kül oldu
Ucar rayonunun Qazqumlaq kəndində fərdi yaşayış evində yanğın baş verib. Kənd sakini Vüsal Ərziman oğlu Rüstəmova məxsus birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Minval.info xəbər verir ki, ilkin ehtimala görə, yanğına həyət ərazisində saxlanılan ot bağlamasının alışması səbəb olub. Alov daha sonra evə keçib və nəticədə həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması da tamamilə yanıb. Yanğın yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub və alov söndürülüb. Ətrafdakı evlərin yanğından mühafizəsi təmin edilib. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu
Rumıniya sahillərində gəmi qəzası: Qara dənizdə türk dənizçilər xilas edildi
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü