Bakıda 13 yaşlı qızın hamilə qalması şok etdi
Bakıda 13 yaşlı qızın hamilə qalması ilə bağlı hadisə baş verib. Bu hadisə nəticəsində 18 yaşlı gənc cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan və 14 yaşı tamam olmamış Z.Abdulova adlı qızın hamilə olduğu müəyyən edilib. Təəssüf ki, hamiləliyin altıncı ayında qız ölü döl doğub.
Minval.info xəbər verir ki, bu hadisə ilə bağlı polisə məlumat verilib və 18 yaşlı Camal Babayev adlı gənc haqqında cinayət işi açılıb. Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar arasında münasibət yaranıb. Toplanmış materiallar əsasında C.Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə iş açılıb və məsələ Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesində əməldə zorakılıq faktı müəyyən edilməyib. Buna baxmayaraq, C.Babayev 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cəzalandırılıb və ona dörd il həbs cəzası verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs həbs edildi
Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı
Vergi Xidmətinin üç vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edildi
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı