İnam Kərimov Seulda hüquqi islahatları müzakirə etdi
Azərbaycan Ali Məhkəməsinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Seul şəhərində keçirilən Asiya və Sakit okean regionu ölkələrinin Ali Məhkəmələri sədrlərinin 20-ci Konfransında iştirak edib. Konfransda məhkəmə hakimiyyətinin rolu, süni intellektin hüquq sahəsində tətbiqi, hakimlərin təlim və təhsilinin müasir çağırışlara uyğunlaşdırılması kimi mövzular müzakirə olunub.
Minval.info xəbər verir ki, İnam Kərimov “Məhkəmə hakimiyyətinin rolu – müxtəlif yurisdiksiyalardan fərqli baxışlar” mövzusunda keçirilən müzakirə sessiyasında çıxış edib. O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və məhkəmə sisteminin müasir çağırışlara uyğun inkişafı barədə konfrans iştirakçılarına məlumat verib. Həmçinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib.
Səfər çərçivəsində İnam Kərimov Koreya Respublikası Ali Məhkəməsinin sədri Jo Hee-de, Latviyanın Ali Məhkəməsinin sədri Aigars Strupis, Çex Respublikası Ali Məhkəməsinin sədri Petr Angyalossy və Türkiyənin Ali Məhkəməsinin sədri Ömer Kerkez ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə məhkəmə-hüquq sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yağmursuz, bölgələrdə leysan gözlənilir
KOBİA sahibkarlara 20 mindən çox lisenziya verdi
DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı
Xocavənddə yeni tarixi abidə tapıldı
Azərbaycanda ət qiymətləri artacaq? – Ekspert rəyi
Hərbi xidmət keçmədən "yararlı" bilet necə alınır?
Bakı yollarında Formula 1 məhdudiyyətləri başlayır