DİN-ə tibbi xidmət vəzifəsi tapşırıldı
Nazirlər Kabineti Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının qorunması ilə bağlı yeni qərar qəbul edib. Bu qərara əsasən, agentliyin əməkdaşlarına və onların ailə üzvlərinə tibbi xidmətlərin göstərilməsi Daxili İşlər Nazirliyinə həvalə olunub. Bu xidmətlərə xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım daxildir.
Minval.info xəbər verir ki, Maliyyə Nazirliyi bu qərarın icrası üçün zəruri vəsaitlərin hər il dövlət büdcəsi layihəsinin tərtibi zamanı nəzərə alınmasını təmin etməlidir. Bu vəsaitlər Daxili İşlər Nazirliyinin saxlanılması xərclərinin tərkibində yer alacaq və qərardan irəli gələn digər məsələlər də həll olunmalıdır.
Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi