Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil təqdim edilib. Bu mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksində yerləşir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi tədbirdə mənzillərin sənədləri 4 saylı DOST Mərkəzində təqdim olunub.
Minval.info xəbər verir ki, tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, Vətən müharibəsindən sonra bu kateqoriyalara aid şəxslərin mənzillə təminatı proqramının 5 dəfə genişləndirildiyini qeyd edib.
Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7300-dən çox, ümumilikdə isə ötən dövrdə 16 mindən çox mənzil təqdim edilib. Eyni zamanda, bu şəxslərə yönələn müavinət və təqaüdlərin də orta hesabla 2 dəfədən çox artırıldığı bildirilib. Həmçinin, onların məşğulluq məsələlərinin həlli və reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlərin aparıldığı diqqətə çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir