18.09.2026 - 10:29
Hadisə 23 baxış

Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi

Rusiya Dövlət Dumasının üzvü, “Vahid Rusiya” partiyasının nümayəndəsi Sergey Çepikov 59 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi onkoloji xəstəlik olub.

Minval.info xəbər verir ki, Sergey Çepikov keçmişdə tanınmış biatlonçu və Olimpiya çempionu kimi fəaliyyət göstərmişdir. O, uzun müddət Rusiyanın biatlon yığmasının tərkibində çıxış etmiş və daha sonra siyasi karyerasına başlamışdır.

Çepikov 2016-cı ildən etibarən Rusiya Dövlət Dumasında deputat kimi fəaliyyət göstərirdi. 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında idi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: