Suraxanıda sakinlər təhlükə içində: Evlərə su dolur!
Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. Sakinlər ərazidə qrunt sularının üzə çıxması nəticəsində evlərə su dolmasından, divarlarda çatlar yaranmasından və ciddi nəmişlik əmələ gəlməsindən narazıdırlar. Minval.info xəbər verir ki, onların sözlərinə görə, yağışlı havalarda əraziyə gediş-gəliş çətinləşir. Vətəndaşlar qeyd edirlər ki, bəzi sakinlər evlərini tərk edərək kirayəyə çıxmağa məcbur olublar. Lakin kirayə haqqını ödəməkdə çətinlik çəkirlər. Şikayətçilər ərazidəki qamışlıq səbəbindən həşərat, ilan və digər sürünənlərin də evlərin yaxınlığına gəldiyini deyirlər. Tərk edilmiş bəzi evlərə isə tanımadıqları şəxslərin daxil olaraq gecələdiyini bildirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi