Ermənistanda sabiq baş nazirin qardaşı həbs olundu
Ermənistanda sabiq baş nazir Ovik Abramyanın qardaşı Henrik Abramyan saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayətin törədilməsinə kömək etməkdə şübhəli bilinir. Həmçinin, ona vəzifə saxtakarlığı və saxta sənədlərdən istifadə ittihamları irəli sürülüb.
Minval.info xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Henrik Abramyanın saxlanılması ilə bağlı məlumat yayıb. Bundan əvvəl isə Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsi, Henrik Abramyan və Ovik Abramyanın iki kürəkəninə məxsus olduğu ehtimal edilən qanunsuz mənşəli əmlakların müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib. Söhbət 20-dən çox daşınmaz əmlak obyektindən gedir.
Henrik Abramyan daha əvvəl də cinayət işlərində adı keçən şəxslərdən olub. O, 2018-ci ildə qanunsuz silah saxlama işi üzrə saxlanılıb və 2025-ci ildə vergidən yayınma ittihamı ilə üzləşib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi
Taksi sürücüsünün dələduzluq şəbəkəsi ifşa olundu
Bakıda yol nişanına qanunsuz müdaxilə: Üç nəfər saxlanıldı
Məhkəmə qərarı niyə icra edilmir? - Nisəxanımın dramı
13 il sonra qətlin şübhəlisi saxlanıldı
Təhsil dələduzuna 6 il 8 ay həbs cəzası
Zonguldakda 17 yaşlı qız yatağa zəncirləndi