17.09.2026 - 21:11
Hadisə 24 baxış

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü

Yevlax şəhərində faciəvi hadisə baş verib. Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılaraq həyatını itirib.

Minval.info xəbər verir ki, qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Məlumata görə, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Məmmədovun həyat yoldaşı idi. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: