Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Yevlaxda yaşayan 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi müəyyən edilib. Qadın, yaşadığı mənzilin pəncərəsindən paltar yığarkən ayağının altından stulun qaçması nəticəsində yıxılıb. Minval.info xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-da saat 12:40-da hündürlükdən yıxılma səbəbi ilə xəstəxanaya ağır vəziyyətdə gətirilən Qərənfil Məmmədovaya bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınıqları və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Aparılan zəruri tibbi müdaxilələrə baxmayaraq, saat 14:00-da onun bioloji ölümü qeydə alınıb.
Qeyd edək ki, Qərənfil Məmmədova birinci Qarabağ müharibəsi şəhidi Yunis Məmmədovun həyat yoldaşı idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq