18.09.2026 - 13:03
Hadisə 16 baxış

FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır

Fövqəladə Hallar Nazirliyi (FHN) sürücülərə müraciət edərək, yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə əlaqədar şəhərdaxili avtomobil yollarında yaranan sıxlıq səbəbindən yanğınsöndürən və xilasetmə avtomobillərinin hərəkətinə maneə törədilməməsini istəyib.

Minval.info xəbər verir ki, nazirlik bəzi sürücülərin yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsinin fövqəladə hadisələrin operativ aradan qaldırılmasına mane olduğunu vurğulayıb. Bu, həm də təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik yaradır.

FHN sürücüləri avtomobil yollarında operativ nəqliyyat vasitələrinə dərhal yol verməyə çağırır və xatırladır ki, bu qaydalara əməl etməyənlər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və mənəvi məsuliyyət daşıyırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: