Xocavənddə yeni tarixi abidə tapıldı
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yeni tarixi və memarlıq əhəmiyyəti daşıyan tikili aşkar edilib. Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Minval.info xəbər verir ki, tikili işğaldan azad edilmiş ərazilərdə aparılan inventarlaşdırma zamanı qeydə alınıb. Obyektin tarixi və memarlıq əhəmiyyəti araşdırıldıqdan sonra onun daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında müvafiq Ekspert Şurasının iclasında baxılacaq.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan inventarlaşdırma zamanı əvvəllər uçota alınmamış 256 tarixi, memarlıq və arxeoloji əhəmiyyətli abidə sənədləşdirilib. Onlardan 44-ü 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Qalan 212 abidənin dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı