Təhlükəli məhsullar bazardan yığışdırılır!
Azərbaycanda insan həyatı və sağlamlığı üçün təhlükə yaradan məhsulların bazardan yığışdırılması istiqamətində yeni tədbirlər nəzərdə tutulur. Bu tədbirlər “Texniki tənzimləmə haqqında” qanunda ediləcək dəyişikliklərdə əksini tapıb və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc, təhlükəli məhsulların müəyyən edilməsi və bazardan yığışdırılması prosesinin necə həyata keçiriləcəyini açıqlayıb. O bildirib ki, təhlükəli, insan sağlamlığı üçün risk yaradan və texniki tələblərə uyğun olmayan mallar bu kateqoriyaya daxildir.
Vüqar Oruc qeyd edib ki, Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti, istehlak bazarına nəzarəti həyata keçirən əsas qurum olaraq, bu qanun layihəsində icra qurumu kimi müəyyən edilib. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi də qida məhsullarının standartlara uyğunluğunu yoxlayır. Əgər laboratoriya sınaqları nəticəsində məhsulda təhlükəli göstəricilər aşkar edilərsə, həmin mallar bazardan yığışdırıla və ya ləğv edilə bilər.
ƏLAQƏLİ
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Ekspert əlavə edib ki, xarici malların bazara təqdim edilməsi zamanı uyğunluq sertifikatı tələb olunur. Əgər bu sertifikat yoxdursa və ya məhsulun istehlakı nəticəsində təhlükə yaranarsa, həmin malların bazardan geri çağırılması və ləğv edilməsi ilə bağlı tədbirlər görüləcək. Elektrik və elektron avadanlıqlar, yanğın və partlayış riski yaradan məhsullar, kimyəvi maddələr ehtiva edən mallar da bu kateqoriyaya daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya ilə sərhəddə həyəcan: Polşa xüsusi təyinatlıları hərəkətə keçirdi
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb
Yarım tona yaxın narkotik aşkarlandı
Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var