Bakıda yağmursuz, bölgələrdə leysan gözlənilir
Sentyabrın 18-dən 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 28-30 dərəcə isti olacaq.
Minval.info xəbər verir ki, bölgələrdə isə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Əksər rayonlarda sentyabrın 19-u və 20-si yağmursuz hava gözlənilir. Lakin Balakən, Şəki, Qazax, Gəncə, Qarabağ və Şərqi Zəngəzurda arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Havanın temperaturu Aran rayonlarında 30-35, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq. Yağıntılı hava ilə əlaqədar bəzi çaylarda suyun səviyyəsinin artacağı da istisna edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb