Müharibədən qaçmışdı, Qəbələdə həlak oldu
Qəbələ rayonunda yanğında qızlarını itirən ərəb ailəsi Suriyadan müharibədən qaçıblar.
Həmin evi ərəb turistlərə kirayəyə verən makler Mahizər Sərdərova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, evi kirayə götürən şəxslər bir ailənin üzvləri olub:
“Ata, ana, onların 3 qızı, 1 oğlan və 1 azyaşlı körpə olublar. Məlumata görə, evdə ütü elektrikə taxılı vəziyyətdə qalıb və yanğın ütüdən başlayıb.
Həmin ev Yusif Abdullayev Qoca oğluna məxsusdur. Evdə qalanlar isə Suriyadan olan ərəblərdir, bizə də oradakı evlərini göstərdilər, dedilər bombalanıb dağılıb. Beş gün idi o evdə qalırdılar, demişdilər “Asan Xidmət”ə gedib qalma müddətlərini artırsalar, yenə də əlavə qalacaqlar”.
Qeyd edək ki, yanğın nəticəsində ailənin 23 yaşlı qızı yanaraq ölüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Şoyqudan Paşinyana ittiham: Basqın siyasəti!