İçərisində Rusiya vətəndaşları olan maşın Kürdəmirdə suya düşdü — Ölən və yaralananlar var
Hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi “Şkoda” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb.
Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları – 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Şoyqudan Paşinyana ittiham: Basqın siyasəti!
