Şahdağ Turizm Kompleksinin vəzifəlisi işdən çıxarılıb?
“İşdə yol verdiyim nöqsanlara görə vəzifədən kənarlaşdırılmağım barədə xəbər həqiqəti əks etdirmir”.
Minval.info xəbər verir ki, bunu “Report”a Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin sabiq rəisi Eldəniz Əliyev deyib.
O, müqavilə müddəti bitəndən sonra öz istəyi ilə işdən ayrıldığını bildirib: “Məni işdən çıxarmayıblar, özüm çıxmışam”.
E.Əliyev barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində onunla bağlı materialların toplanması barədə yazılanların da düzgün olmadığını deyib: “Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmovla aramda mübahisə yaranmayıb. Əksinə, biz Rüstəmovla ailəvi dostuq, bu gün də yaxşı münasibətlərimiz var. Mən Şahdağ Polis Bölməsinin əməkdaşlarına yaxından köməklik göstərdiyim üçün Daxili İşlər Nazirliyi tərəfindən “Təşəkkürnamə” almış bir şəxsəm”.
“Report” Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmova da müraciət edib. Lakin o, bu mövzuda açıqlama vermək istəmədiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Astan Şahverdiyevin ölümünün təfərrüatı: Oteldə dünyasını dəyişib
Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı
"Nardaran hadisələri"nin iştirakçısı azadlığa buraxılıb - FOTOLAR
“Əgər üzr istəmək lazımdırsa, diləyə bilərəm” - Okan Bayülgən
Karantin rejimi uzadıla və sərtləşdirilə bilər: küçələr yenə adam dolu…
TƏBİB-dən vətəndaşlara maska ilə bağlı MÜRACİƏT