07.09.2026 - 13:51
Ölkə 13 baxış

Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü

Azərbaycan radiosunun tanınmış diktoru və Əməkdar artisti Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. 95 yaşlı sənətkar hazırda Nizami Tibb Mərkəzində müalicə alır və vəziyyəti ağır olaraq qiymətləndirilir.

Minval.info xəbər verir ki, Sevda Saleh Məmmədzadənin qızı Gültən Ramazanova anasının səhər saatlarında yanında olduğunu, lakin günorta saatlarında onunla əlaqə saxlamağa çalışdığını, amma cavab ala bilmədiyini bildirib. Narahat olan Gültən Ramazanova Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara müraciət edib. Anası evində, iki qapı arasında sıxılmış vəziyyətdə tapılıb və ilkin məlumata görə, işemik insult keçirdiyi müəyyən edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, Sevda Saleh Məmmədzadə baş-beyin qan dövranının kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti ağır stabil olaraq qalır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: