Azərbaycan çempionu Tural Əhmədov həbs edildi
Azərbaycanın tanınmış sabiq boksçusu Tural Əhmədovun həbs edilməsi xəbəri yayılıb. 32 yaşlı idmançı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədilə külli miqdarda narkotik maddələrin hazırlanması, daşınması və saxlanması ittihamı ilə üzləşib.
Minval.info xəbər verir ki, Tural Əhmədov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq araşdırmaları davam edir.
Qeyd edək ki, Tural Əhmədov boksçu karyerasını başa vurduqdan sonra hakimlik sahəsində də fəaliyyət göstərib. O, Azərbaycan çempionu olmaqla yanaşı, bir çox beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir