Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Tanınmış yazıçı Çingiz Abdullayev Poladın şəxsi həyatının mediada geniş müzakirə olunmasına münasibət bildirib.
Minval.info xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkədəki paylaşımında jurnalistlərin diqqətini şəxsi məsələlərə yönəltməsini tənqid edib.
Çingiz Abdullayev hesab edir ki, Poladın şəxsi həyatı ictimai müzakirə predmetinə çevrilməməlidir. O, jurnalistlərin bu mövzuya marağının artıq dayandırılmasının vacibliyini vurğulayıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Jurnalistlərimizi maraqlandıran yeganə məsələ Poladın şəxsi həyatıdır. Artıq buna son qoymağın vaxtı deyilmi? Bu, onun şəxsi işidir”, – deyə yazıçı bildirib.
O, şəxsi həyatın bu şəkildə gündəmə gətirilməsini isə sərt ifadələrlə tənqid edib və vəziyyəti “tamamilə mədəniyyətsizlik” adlandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda