20.08.2026 - 06:48
Gündəm 2. 371 baxış

Nigar Fərhadın şirkəti ilə bağlı yeni dələduzluq iddiası: 8500 manatlıq xəyallar puç oldu?

Nigar Fərhadın rəhbərlik etdiyi ‘AID Group’ xaricdə təhsil şirkəti ilə bağlı yeni dələduzluq iddiaları gündəmə gəlib. Şikayətçi Əbdülhəmid Xəlilov, dostu Rəvan İbrahimi ilə birlikdə Kanadada təhsil almaq məqsədilə şirkətə 8,500 manat ödədiklərini, lakin nə xidmətlərin göstərildiyini, nə də pulun geri qaytarıldığını bildirir.

Minval.info xəbər verir ki, 2025-ci ilin sentyabrında, metronun ‘Nizami’ stansiyası yaxınlığında yerləşən ‘AID Group’ ofisinə müraciət edən Ə.Xəlilov və dostu, Nigar Fərhadın onlara Kanadada magistratura təhsili, yataqxana təminatı və iş icazəsi vəd etdiyini qeyd edir. Həmçinin, təhsil haqqından azad olunacaqları da bildirilib. Lakin, viza alınmasa belə, ödədikləri məbləğin tam geri qaytarılacağına dair söz verilib.

Şikayətçi, ödəməni etdikdən sonra müqavilə bağlandığını və qəbz təqdim edildiyini, lakin sonradan şirkətin onlardan IELTS sertifikatı tələb etdiyini və əks halda müqavilənin pozulacağını söylədiklərini vurğulayıb. IELTS imtahanına hazırlaşmağa başladığını bildirən Ə.Xəlilov, şirkətlə əlaqə saxlamağa çalışsa da, nəticəsiz qaldığını və şirkətin ofisini bağladığını öyrəndiyini qeyd edir.

Ə.Xəlilov, ‘AID Language Center’ MMC ilə bağlanmış müqavilənin surətini və 4,250 manatlıq ödəniş qəbzini təqdim edib. Müqavilədə, şirkətin xarici ölkədə təhsil proqramlarının seçilməsi və digər məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı öhdəlikləri yer alır. Şikayətçi, ‘AID Group’un fəaliyyətindən narazı olan şəxslərin sayının çox olduğunu da əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: