07.09.2026 - 13:58
Maqazin 13 baxış

Bakı-Qazax yolunda yuxulu sürücü qəza törətdi

Bakı-Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində bu gün səhər saatlarında ciddi yol-nəqliyyat hadisəsi baş verib. “Toyota” markalı avtomobilin sürücüsü A.Cabbarovun sükan arxasında yuxulaması nəticəsində nəqliyyat vasitəsi arakəsməyə çırpılaraq aşıb.

Minval.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev hadisə ilə bağlı açıqlama verib. O, yuxusuz və yorğun halda avtomobil idarə etmənin təhlükəli olduğunu vurğulayıb və sürücülərə bu cür halların qarşısını almaq üçün kifayət qədər istirahət etməyi tövsiyə edib. “Yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, həm də özünü və digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır,” – deyə R.Tağıyev bildirib.

Sürücülərə uzaq məsafələrə səfər etməzdən əvvəl yaxşı istirahət etmələri, yorğunluq və yuxululuq hiss etdikdə isə avtomobili təhlükəsiz yerdə saxlamaqları tövsiyə olunur. Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir. Sürücülər səfərə hazırlaşarkən təkcə avtomobilin texniki vəziyyətini deyil, öz fiziki vəziyyətlərini də düzgün qiymətləndirməlidirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: