Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı, qısamüddətli leysan xarakterli yağışların müşahidə ediləcəyi və şimşək çaxacağı ehtimal edilir. Gün ərzində yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Səhər saatlarında şimal-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz isə 22-25° isti olacaq.
Minval.info xəbər verir ki, Azərbaycanın digər rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağışlar, şimşək çaxması, dolu düşməsi və gecə saatlarında yağıntıların güclənməsi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Gündüz saatlarında yağıntıların tədricən kəsiləcəyi bildirilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-28° isti, dağlarda isə gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb