Rəşid Mahmudova efir qadağası qoyulub?
Tibb elmləri namizədi və fizioloq Rəşid Mahmudovun efirlərdən uzaq qalması sosial mediada geniş müzakirə mövzusuna çevrilib. İddialara görə, onun televiziya və digər media platformalarına çıxışı məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, Rəşid Mahmudov uzun müddətdir nə televiziya, nə də onlayn media vasitələrində görünmür. Hətta reklam çarxlarında da onun iştirak etmədiyi müşahidə olunur. Son müsahibəsində Əməkdar artist Elza Seyidcahan haqqında sərt ifadələr işlədən Mahmudov, bu sözlərindən sonra müğənni ilə mübahisəyə girmədi.
Fizioloq özü isə bu iddiaları təkzib edərək, heç bir qadağanın olmadığını bildirib. “Kim mənə efir qadağası qoya bilər? Belə bir şey yoxdur. Hər gün çəkilişlərdə iştirak edirəm. İki yerdə işlədiyim üçün efirlərdə az görünürəm. Hazırda məzuniyyətdəyəm və rayondayam,” – deyə o, açıqlama verib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Xatırladaq ki, Rəşid Mahmudov sonuncu dəfə 2025-ci ildə müsahibə vermişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda