Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ötən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan şiddətli partlayış qeydə alınıb.
Minval.info xəbər verir ki, baş verən ağır insidentlə bağlı Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə rəsmi məlumat yayıb.
Hadiəsədən dərhal sonra Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq operativ qüvvələri Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə koordinasiyalı şəkildə təxirəsalınmaz tədbirlərə başlayıblar. Həyata keçirilən çevik müdaxilə nəticəsində ərazidə vəziyyət tam nəzarət altına alınıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Mümkün risqlərin və təhlükənin qarşısını almaq məqsədilə təhlükəsizlik protokollarına uyğun olaraq anbarmətrafı ərazidə yaşayan sakinlər dərhal təhlükəsiz zonaya təxliyə ediliblər.
Rəsmi məlumata əsasən, hadisə zamanı xəsarət alan və ya həyatını itirən olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda