Qatıq və pomidor hava çirkliliyinə qalxan olur
Bəzi qidaların havadakı çirkləndirici maddələrin orqanizmə təsirini azaltmağa kömək etdiyi müəyyən edilib. Alimlər, xüsusilə qatıq və pomidorun bu sahədəki qoruyucu təsirini araşdırıblar. Minval.info xəbər verir ki, tədqiqat zamanı qatıq, alma, limon, şaftalı, kivi, brokoli, soğan və pomidorun təsiri öyrənilib. Mütəxəssislər bu məhsulların müxtəlif hüceyrələrdə havanın çirklənməsi nəticəsində yaranan DNT zədələnməsinə təsirini yoxlayıblar. Ən güclü nəticə qatıqda müşahidə olunub. Bəzi təcrübələrdə onun ağciyər hüceyrələrində DNT zədələnməsini təxminən 90 faiz azaltdığı bildirilib. Pomidor və tomat püresi də nəzərəçarpacaq qoruyucu təsir göstərib. Lakin alimlər vurğulayıblar ki, araşdırma yalnız bakteriyalar və hüceyrə nümunələri üzərində aparılıb. Buna görə nəticələr bu qidaların insanları hava çirkliliyinin təsirlərindən qoruduğunu hələ sübut etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"