Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
Türkiyədə azərbaycanlı iş adamının yaşadığı evdə cəsədi tapılıb.
Minval.info “Unikal”a istinadən xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda qeydə alınıb.
Belə ki, cəsəd bir həftə ərzində evdə qalıb. Cəsədin qoxusu yaşayış binasının blokuna yayılıb və qonşular polisə müraciət ediblər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
İstanbul polisi qapını açaraq azərbaycanlı iş adamının cansız bədənini aşkar edib. Eyni zamanda mənzilin hər yerində qan izlərinin olduğu müəyyənləşib.
Həmin evdə iş adamının bacısı çarpayıda yatmış vəziyyətdə olub və bir həftə ərzində eyni evdə qalıb. Onun psixoloji problemlərinin olduğu bildirilir.
Həmin qadın evdən çıxarılaraq təcili tibbi yardım müəssisəsinə yerləşdirilib.
1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib.
Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.
Digər məlumata görə, azərbaycanlı iş adamı “Bəniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda