AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Almaniyanın Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilər ölkənin siyasi gündəminə təsir edib. Sağçı AfD (Almaniya üçün Alternativ) partiyası seçkilərdə 43,8 faiz səs toplayaraq birinci yeri tutub və parlamentdə 83 yerdən 39-nu əldə edib. Baş nazir Fridrix Mertsin rəhbərlik etdiyi CDU isə 17,2 faiz səs toplayaraq AfD-dən xeyli geri qalıb. Seçkilərdə iştirak nisbəti 77,8 faiz təşkil edib.
Minval.info xəbər verir ki, nəticələrdən sonra AfD-nin həmsədri Alisa Vaydelin daha əvvəl açıqladığı miqrasiya siyasəti yenidən gündəmə gəlib. O, Almaniya sərhədlərinin tam bağlanmasını, qanunsuz miqrasiyanın qarşısının alınmasını, bəzi sosial ödənişlərin dayandırılmasını və ölkədən genişmiqyaslı geri göndərmələrin həyata keçirilməsini müdafiə edib. Lakin AfD parlamentdə təkbaşına hökumət qurmaq üçün kifayət qədər mandat əldə etməyib. Digər əsas partiyalar AfD ilə koalisiya yaratmaqdan imtina edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı