Serhat Kılıçın müəmmalı ölümü: Yeni detallar ortaya çıxdı
Türkiyənin məşhur aktyoru Serhat Kılıçın evində ölü tapılması ilə bağlı yeni məlumatlar üzə çıxıb. Aktyorun sevgilisi Özlem Esmergül, Kılıçdan xəbər ala bilmədikdən sonra onun evinə gedərək, ehtiyat açarla içəri daxil olub və onu salondakı kresloda hərəkətsiz vəziyyətdə tapıb.
Minval.info xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunda baş verib. Həkimlərin müayinəsi nəticəsində Serhat Kılıçın vəfat etdiyi təsdiqlənib və onun cəsədi araşdırma üçün Ədli Tibb Müəssisəsinə aparılıb.
Özlem Esmergülün polisə verdiyi ifadəyə görə, o və Serhat Kılıç təxminən 8 il münasibətdə olublar. Esmergül, Kılıçın boyun yırtığından əziyyət çəkdiyini və çoxlu dərman qəbul etdiyini bildirib. Aktyorun ölüm səbəbi ilə bağlı araşdırmalar davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağstafada toyda qanlı dava: 48 yaşlı kişi bıçaqlandı
Hind müğənninin qətlində milyarder varis şübhəli
Georgi Vitsin: Səhnədə qorxaq, həyatda qəhrəman!
Şuşa qayalarında vandalizm: Ad yazmaq yox, yaşatmaq!
A.B.İ. serialının yeni mövsümü sentyabrda başlayır
Avtomobil bazarında köhnə maşınlara tələbat artıb
Selen Öztürk yeni serialda baş rolda!