07.09.2026 - 13:23
Maqazin 10 baxış

Kim Kardaşyan Bakıya gəlir? İddialar artır!

Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, “Formula 1” pilotu Luis Hemiltonu dəstəkləmək məqsədilə Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia edilir.

Minval.info xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərinin ciddiləşdiyini yazıb. “Radar Online” bildirir ki, Kardaşyan və F1 pilotu münasibətlərini gizlətmirlər. Şou ulduzunun Monako və İtaliya Qran-Prilərinə sevgilisini dəstəkləmək üçün getməsi maraqla qarşılanıb. Hətta Hemiltonun İtaliyanın Monza şəhərində keçirilən yarışa anasını Kardaşyanla tanış etmək üçün gətirdiyi bildirilir.

Xüsusilə Monza yarışından sonra Kardaşyanın Hemiltonu dəstəkləmək üçün Azərbaycan Qran-Prisinə qatılmaq istədiyinə dair insayder məlumatları yayılıb. Lakin bu iddialar hələ ki təsdiqlənməyib. Kardaşyanın sevgilisini dəstəkləmək üçün bu səfər barədə düşündüyü deyilsə də, onun Azərbaycana qarşı mövqeyi və 44 günlük müharibə dövründəki paylaşımları, o cümlədən erməni lobbisi ilə yaxın əlaqələri bu səfərin baş tutması ehtimalını azaldır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: