07.09.2026 - 13:16
Maqazin 11 baxış

Tom Vlaşixa Bakıda: Baku Film & Comic Con!

Sentyabrın 13-də Baku Ekspo Mərkəzində baş tutacaq ‘Baku Film & Comic Con’ festivalı kino, serial, komiks, anime, oyun və kospley həvəskarlarını bir araya gətirəcək. Festivalın əsas qonaqlarından biri, ‘Game of Thrones’ serialında Jaqen H’ghar və ‘Stranger Things’də Dmitri ‘Enzo’ Antonov obrazları ilə tanınan dünya şöhrətli aktyor Tom Vlaşixa olacaq.

Minval.info xəbər verir ki, tədbirin tərəfdaşlarından biri olan Bolt for Business, qonaqların məkana daha rahat gediş-gəlişini təmin etmək üçün xüsusi endirimlər təqdim edəcək. ‘Baku Film & Comic Con’ proqramında səhnə müsahibələri, kospley şousu, K-POP müsabiqəsi, oyun turnirləri, master-klaslar, anime məhsullarının yarmarkası və 20-dən çox interaktiv zona yer alacaq.

Bolt for Business, şirkətlərə və təşkilatlara əməkdaşların, qonaqların və tərəfdaşların işgüzar səfərlərini vahid platformadan idarə etməyə imkan verən həllər təqdim edir. Bu platforma vasitəsilə səfərlərin təşkili, gedişlərin idarə olunması və xərclərə nəzarət daha sadə və çevik şəkildə həyata keçirilə bilər. ‘Baku Film & Comic Con’ kimi geniş auditoriyanı bir araya gətirən tədbirlərdə bu, həm qonaqların məkana daha rahat çatmasına, həm də parklanma və nəqliyyat yükünün azalmasına töhfə verə bilər.

Festival ziyarətçilərə kino və serial dünyasının məşhur simaları ilə görüşmək, müxtəlif əyləncə zonalarını kəşf etmək və pop-mədəniyyət atmosferini yaşamaq imkanı təqdim edəcək. Biletlər iTicket.az üzərindən əldə edilə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: