11.08.2026 - 13:43
Gündəm 5 baxış

Aeroport yolunda sürücüləri çaşdıran qurğular: Radar deyil, nəqliyyat axını izləyicisi!

Aeroport yolunda avtomobillərin arxadan çəkildiyi və sürət həddinin aşılmasını müəyyən etdiyi iddia edilən cihazlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu görüntülərdəki cihazların radar olmadığını açıqlayıb. Bu elektron qurğular, əslində, yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyini ölçmək və nəqliyyat axınını izləmək üçün istifadə edilir.

Cihazlar vasitəsilə toplanan məlumatlar, yol hərəkətinin təşkili və nəqliyyat axınının təhlili üçün istifadə olunur. Bu qurğuların inzibati xətalarla bağlı elektron protokol tətbiq etmək funksiyası yoxdur.

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda isə yeni radarlar quraşdırılıb. Bu radarlar, əvvəlkilərdən fərqli olaraq, avtomobilləri arxa tərəfdən qeydə alır. Bu səbəbdən sürücülər radarları ilk baxışdan görmədikləri üçün ərazidə yüksək sürətlə hərəkət edə bilirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: