Azərbaycanda iki dövlət qurumu birləşdirilə bilər
Prezident İlham Əliyevin struktur islahatlarının davamı kimi yaxın zamanlarda Mənzil İnşaat Dövlət Agentliyininin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birləşdiriləcəyi gözlənilir.
Minval.info “Modern.az”a istinadən xəbər verir ki, təhlillər zamanı yeni yaradılmasına baxmayaraq, MİDA-nın Komitə ilə paralellik təşkil etdiyi müəyyənləşib. Həmçinin, bildirilir ki, MİDA-ya rəhbərliyi zamanı öhdəsinə düşənləri layqincə yerinə yetirməsilə Samir Nuriyevin daha çox etimad qazanması, ona bu yükün altına girməyə imkan verəcək.
Qeyd edək ki, 2007-ci ildən Komitəyə rəhbərlik edən Abbas Ələsgərov bu ilin fevralında 81 yaşında vəfat edib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilən S.Nuriyev isə buna qədər MİDA-nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı