Azərbaycan təmsilçisi finala keçmədi - İLK DƏFƏ - VİDEO
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Minval.info xəbər verir ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq “X my heart” mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova iştirak etdiyimiz illər ərzində ilk dəfə mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiyadır.
Birinci yarımfinalda 19 ölkə finala keçmək uğrunda yarışıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
“Eurovision-2018”-in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
https://youtu.be/AnYTtpYYRw4?t=5m40s
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.