10.09.2026 - 08:28
Ölkə 16 baxış

Yandex Ermənistan rəhbərinin Qarabağ bağlantısı ifşa oldu

Ermənistanda Yandex Go tətbiqi yeni bir xidmətlə istifadəçilərin diqqətini çəkir. Artıq premium Ultima bölməsində “Sky Tour” tarifi ilə hava şarında uçuş sifariş etmək mümkündür. Bu uçuşlar Qarni və ətrafında Yandex-in tərəfdaşı SkyBall tərəfindən həyata keçirilir. Hava şarı səhər saatlarında və əlverişli hava şəraitində 1000 metrədək yüksələcək və səbətə maksimum 10 sərnişin götürüləcək. Sifarişlər ən azı 24 saat əvvəl verilməlidir.

Minval.info xəbər verir ki, bu yeniliyi təqdim edən Yandex Ermənistan rəhbəri Aram Mxitaryanın keçmiş fəaliyyətindəki Qarabağ bağlantısı diqqət çəkir. Mxitaryan Ermənistanın İT sektorunda uzun müddət fəaliyyət göstərib və Helix Consulting şirkətinin qurucusu və rəhbəri olub.

Açıq mənbələrdə qalan rəqəmsal izlər Helix Consulting-in Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində yaradılmış separatçı qurumun internet-informasiya infrastrukturu ilə əlaqəsini göstərir. Qondarma “Artsax”ın gov.nkr.am domenində fəaliyyət göstərmiş “hökumət” portalının müxtəlif səhifələrində “LLC, Helix Consulting” adı qeyd olunub. Bunların sırasında separatçı rejimin “Polis”, “Milli Təhlükəsizlik Xidməti” və “Fövqəladə Hallar Dövlət Xidməti” kimi təqdim etdiyi strukturların səhifələri də olub.

Diqqətçəkən məqamlardan biri 25 oktyabr 2020-ci il tarixi ilə bağlıdır. Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdiyi həmin dövrdə separatçı qurumun “Polis” və “Fövqəladə Hallar Dövlət Xidməti” ilə bağlı gov.nkr.am səhifələri açıq mənbələrdə əlçatan resurs kimi qeydə alınıb və mənbə məlumatlarında Helix Consulting-in adı göstərilib. Bu rəqəmsal izlər Aram Mxitaryanın qurduğu şirkətin əlaqəli olduğu separatçı administrasiyanın internet resurslarının 44 günlük müharibə dövründə də işlək olduğunu göstərir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: