İsrailli nazir Ben-Qvirin Məscid-i Əqsaya təxribatçı ziyarəti
İsrailin aşırı sağçı naziri Ben-Qvir, İsrail polisinin ciddi mühafizəsi altında Məscid-i Əqsanın həyətinə daxil olub. O, burada Burak (Ağlama) Divarına gedərək yəhudi ayinlərini yerinə yetirib.
Minval.info xəbər verir ki, digər bir hadisə isə “Dinimiz Sionizm” partiyasının millət vəkili namizədi, radikal sağçı siyasətçi Moşe Feiglinin də Məscid-i Əqsaya təxribatçı ziyarət etməsi olub. İsrailli radikal sağçı “Əllərimizdə” adlı təşkilatın açıqlamasında bu məlumat təsdiqlənib.
İsrailin Kanal 7 televiziya kanalının məlumatına görə, təşkilat Filistin torpaqlarını işğal edən İsraillilərə seçki günü Məscid-i Əqsaya daha çox ziyarət çağırışı edib.
İsrail polisi, 2003-cü ildən bəri birtərəfli qərarları ilə Filistin torpaqlarını işğal edənlərin Məscid-i Əqsaya ziyarət etməsinə icazə verir. Bu vəziyyət, bölgədə gərginliyin artmasına səbəb olub.
İsraildə Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin dörd illik dövründə bölgədə müxtəlif hücumlar həyata keçirilib. Seçicilər indi yeni ümumi seçkilər üçün sabah sandıq başına gedəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
PKK Sincardan çəkilir: İraq ordusu bölgəyə nəzarəti ələ alır
PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir
Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir