"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Baku.ws-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması işləri artıq tamamlanıb. Layihə çərçivəsində təxminən 280 metrlik sahədə üç mərhələli yenidənqurma işləri həyata keçirilib.
İlk mərhələlərdə təmir-bərpa işləri başa çatdırılıb, yan divarların və döşəmənin hamarlanması prosesi icra edilib. Döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri də görülüb. Orta yolların arakəsmə divarları tamamilə yenidən inşa edilib.
Son mərhələdə tavan hissəsində izolyasiya işləri görülüb və xüsusi boya maddələri tətbiq edilib. Layihənin tələblərinə uyğun olaraq, dalan yolları müasir dəmir-beton özüllər üzərində qurulub və yoldəyişdirici qurğular dəmir-beton monolit bloklardan istifadəyə verilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ümumilikdə, 4 yoldan ibarət dalanda 6 yoldəyişdirici quraşdırılıb. Bu yenidənqurma işləri 2025–2030-cu illər üzrə Dövlət Proqramının tədbirlər planı çərçivəsində həyata keçirilir.
Dalan yolları qatarların idarə olunmasını, qısa intervallarla hərəkət etməsini və texniki xidmətini təmin edən mühüm infrastrukturdur. “Həzi Aslanov” stansiyasında uzunmüddətli istismar və mürəkkəb hidrogeoloji şərait dalan konstruksiyalarına ciddi təsir göstərmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var