26.10.2026 - 17:04
ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi
Dünya 144 baxış

ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi

Avropanın təhlükəsizliyi ilə bağlı ABŞ-ın öhdəliklərinə artan narahatlıq fonunda Fransa, Avropalı müttəfiqləri ilə nüvə caydırıcılığını gücləndirmək üçün addım atıb. Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi bu plana Birləşmiş Krallıq, Almaniya, Polşa və Skandinaviya ölkələri də daxil olmaqla 10 ölkə qoşulub. Bu təşəbbüsün məqsədi Rusiyaya qarşı caydırıcılığı artırmaq və Avropanın təhlükəsizliyini gücləndirməkdir.

Minval.info xəbər verir ki, Wall Street Journal-ın məlumatına görə, Makron Avropanın təhlükəsizliyini gücləndirmək üçün “irəli caydırıcılıq” planını təqdim edib. Bu planda Fransanın nüvə silahı daşıya bilən Rafale döyüş təyyarələrinin Avropanın müxtəlif bölgələrində yerləşdirilməsi və ölkələr arasında təhlükəsiz əlaqə, erkən xəbərdarlıq və kəşfiyyat məlumatlarının paylaşımının inkişaf etdirilməsi nəzərdə tutulub.

Makronun strateji məsələlər üzrə məsləhətçisi Xavier Şatel, bu addımın 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra dəfələrlə nüvə silahı istifadə etmə ehtimalını irəli sürən Rusiya Prezidenti Vladimir Putinin planlarını çətinləşdirəcəyini bildirib.

Makronun mart ayında elan etdiyi bu təşəbbüsə Birləşmiş Krallıq, Almaniya, Hollandiya, Belçika, Polşa, Yunanıstan, Finlandiya, Norveç, İsveç və Danimarka kimi 10 Avropa ölkəsi müxtəlif səviyyələrdə iştirak edib. Lakin Baltikyanı üç ölkə və İtaliya bu plana qoşulmayıb.

Norveç Xarici İşlər Naziri Espen Barth Eide, Fransanın nüvə potensialının Avropa üçün əhəmiyyətli olduğunu vurğulayaraq, “Ceo-politik baxımdan daha gərgin bir dövrdən keçirik və Fransa bu strateji potensiala sahibdir” deyə qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: