İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
İranın elm nazirinin Azərbaycanda dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi Təbrizdə yaşayan azərbaycanlılar tərəfindən cavabsız qoyulmayıb.
Oxu.az-ın məlumatına görə, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın təxribatçı videomüraciətinə Təbrizdə yaşayan azərbaycanlı qız olduqca tutarlı arqumentlərlə cavab verib.
Təhsil bəhanəsi ilə regional gərginlik yaratmaq, Azərbaycandakı dünyəvi məktəb forması qaydalarını dini müstəviyə çəkərək manipulyasiya etmək cəhdinə cavab olaraq azərbaycanlı xanım bildirib:
ƏLAQƏLİ
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
“Azərbaycan qızları burada hansı dildə təhsil alacaqlar? 100 ildir ki, İranın Azərbaycanında biz ana dilimizdə təhsil almaqdan məhrumuq. İndi siz o taydakı Azərbaycan qızlarını burada təhsil almağa dəvət edirsiniz, mənə deyin görək, həmin qızlar burada hansı dildə təhsil alacaqlar? İndi onlara necə bir türk dilində məktəb və mədrəsə hazırlayacaqsınız?”
Azərbaycanlı xanım həmçinin lakonik sualla çıxış edib. O bildirib ki, əgər belə məktəblərin formalaşdırılması mümkündürsə, o zaman niyə bu illər ərzində İranda yaşayan azərbaycanlılar üçün belə bir addım atılmayıb?
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
PKK Sincardan çəkilir: İraq ordusu bölgəyə nəzarəti ələ alır
PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir
Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir
Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
PKK-nın Sincardakı qolu silahı yerə qoyaraq İraq ordusuna qoşulacaq