Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb.
Publika.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib. Onun sözlərinə görə, hazırda Ehtiram Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır.
Elşən Uluxanlı bildirib ki, E.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonradan vəziyyəti daha da ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. O, artıq dörd gündür ki, klinikadadır. Mədəsində baş verən problemlər düzgün müalicə olunmadığı üçün qanaxma yaranıb. Həkimlərin dediyinə görə, ağciyərlərində də problemlər var və 50 faizi fəaliyyətini itirib.
Qeyd edilib ki, vaxtında düzgün diaqnoz qoyulmadığı üçün vəziyyəti daha da pisləşib. Hazırda həkimlər vəziyyətinin ağır olaraq qaldığını bildirirlər.
Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Metronun bu stansiyası yenidən açılır
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib