Sabahdan bəzi yerlərdə leysan yağacaq
Oktyabrın 21-dən etibarən əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23 oktyabr tarixlərində isə bəzi ərazilərdə fasilələrlə yağış yağacağı gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv yağıntılar, şimşək çaxması və dolu düşməsi ehtimal olunur. Həmçinin yüksək dağlıq ərazilərdə yağıntıların qara keçəcəyi, 22 oktyabrda isə bəzi yerlərdə yağıntıların güclənəcəyi proqnozlaşdırılır.
Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, Böyük Qafqaz və Naxçıvan MR-nın bəzi çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi ehtimal edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib