Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Publika.az-ın məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib. Bu miqdarda məhsulun dəyəri isə 399 milyon 206,99 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş neftin miqdarı keçən ilin eyni dövrü ilə müqayisədə 4,9 dəfə, dəyəri isə 7,4 dəfə artıb. Bu, Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında 3,31% paya sahib olduğunu göstərir.
Yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumilikdə 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu ixracın ümumi dəyəri isə 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olub.
ƏLAQƏLİ
BMW 8 min işçisini ixtisar edir: Yeddi yeni X5-in dəyəri qədər təzminat
Hesabat dövründə Azərbaycanın xarici ölkələrlə apardığı ticarət əməliyyatlarının ümumi dəyəri 37 milyard 211 milyon ABŞ dollarına çatıb. Bu məbləğin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMW 8 min işçisini ixtisar edir: Yeddi yeni X5-in dəyəri qədər təzminat
Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
Bakı-Brüssel əlaqələri enerji və nəqliyyat sahəsində genişlənir
Qazın qiymətləri beynəlxalq bazarlarda dəyişiklik göstərir
Volvo Cars dünya üzrə 2,500 iş yerini ixtisar edəcək