Övladına nağıl kitabı aldı, şoka düşdü
Övladına nağıl kitabı alan bir valideyn kitabın səhifələrini vərəqlədikcə gözlənilməz ifadələrlə qarşılaşıb. Uşaqlar üçün nəzərdə tutulan bu kitabdakı bəzi cümlələr valideyni təəccübləndirib.
Publika.az-ın verdiyi məlumata görə, valideyn sosial şəbəkədə paylaşdığı videoda “Kömür alması” adlı nağılda “Onlar bənnanın varına sahib olmaq üçün özlərinin oynaşlarını xala qızı adı ilə bənnaya verib toy eyləyirlər. Lotular arvadı öyrədirlər ki, sən özünü xəstəliyə vur” kimi ifadələrin yer aldığını bildirib.
Kitabda, həmçinin “Gah-Gah dağında üç xiyara aşiq olasan” adlı bir nağılın da olduğu qeyd edilir.
Valideyn bu kitabı azərbaycanlı bir xanımdan aldığını deyir. Uşaqlar üçün nəzərdə tutulmuş nəşrdə belə məzmunun olması narazılığa səbəb olub.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur