26.10.2026 - 17:14
Axtarışda olan "Survivor" iştirakçısı və aktyor Türkiyəyə gətirildi
Hadisə 187 baxış

Axtarışda olan "Survivor" iştirakçısı və aktyor Türkiyəyə gətirildi

Baku.ws-ın məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Bu əməliyyat çərçivəsində son bir ay ərzində ümumilikdə 63 cinayətkar saxlanılaraq Türkiyəyə qaytarılıb.

Ekstradisiya olunanlar arasında “Survivor” yarışmasında iştirak edən Hikmet Tuğsuz və “Sıfır Bir” serialının aktyoru Cengizhan Yurdutek də var. Hikmet Tuğsuz şəxsi məlumatların qanunsuz əldə edilməsi və yayılması, qəsdən xəsarət yetirmə, böhtan və dələduzluq ittihamları ilə axtarışda idi.

17 iyun 2025-ci ildən etibarən qırmızı bülletenlə axtarışda olan Hikmet Tuğsuz, 25 sentyabr 2026-cı ildə Gürcüstanda saxlanılıb və Türkiyəyə gətirilib. Cengizhan Yurdutek isə qəsdən xəsarət yetirmə, narkotik ticarəti və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla axtarılırdı.

24 iyun 2025-ci ildən bu yana barəsində həbs qərarı olan aktyor, 10 oktyabr 2026-cı ildə Monteneqroda saxlanılıb və Türkiyəyə ekstradisiya edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: