26.10.2026 - 16:24
Hadisə
216 baxış
Şri-Lankada göldə timsah 12 yaşlı məktəblini parçaladı
Şri-Lankada baş verən dəhşətli hadisə nəticəsində 12 yaşlı məktəbli timsahın hücumuna məruz qalıb və həyatını itirib. Publika.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mirror” nəşri yayımlayıb.
Qeyd olunur ki, faciəvi hadisə səkkizinci sinifdə təhsil alan uşağın oktyabrın 23-də Vambatuveva gölündə çimmək üçün getdiyi zaman baş verib. O, yaşlı bir qadının müşayiəti ilə gölə gedib.
Uşaq suya batmış çimərlik pilləkənində oturarkən, göldə gizlənən timsah qəfil ona hücum edib və suyun altına çəkib. Hadisə nəticəsində uşaq həyatını itirib.
Ətraf sakinləri bir neçə saat ərzində itkin düşən uşağı axtarıblar və nəhayət onun meyitini sudan çıxara biliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskvada terror cəhdi: Qafqazəsilli iki şəxs saxlanıldı
26.10.2026 - 12:34
Tovuzda FHN əməkdaşları 7 aylıq körpəni xilas etdilər
24.10.2026 - 15:14
Bakıda qətl hadisəsindən öncə Ceyhunun qızına elçi gələcəkmiş
24.10.2026 - 15:04
Oryolda raket hücumu: bir neçə nəfər həyatını itirdi
24.10.2026 - 13:54
Gürcüstanda saxlanılan İbad Hüseynovdan açıqlama: "Düşməncəsinə davrandılar"
24.10.2026 - 11:25
Sakit okean sahillərində 7.2 ballıq zəlzələ: sunami təhlükəsi elan olunub
24.10.2026 - 10:34
Bakıda kafedə kütləvi dava: bir nəfər həyatını itirdi
24.10.2026 - 10:24
Maradonanı müalicə edən həkimlərə həbs cəzası verilə bilər
23.10.2026 - 17:04