23.10.2026 - 11:24
Metronun bu stansiyası yenidən açılır
Ölkə 137 baxış

Metronun bu stansiyası yenidən açılır

Yaxın günlərdə “Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına birbaşa hərəkət imkanı təmin ediləcək. Bu barədə Baku.ws-ə səhmdar cəmiyyətdən məlumat verilib.

Belə ki, “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət sistemi ləğv olunacaq. Bununla da, Qırmızı xətdə qatarların intervalı pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalanında dayanıqlılığın artırılması ilə bağlı layihə, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramının icra tədbirləri çərçivəsində həyata keçirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: