21.10.2026 - 14:14
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ölkə 124 baxış

Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər

Yollarda təmir və asfaltlama işlərinin hansı saatlarda aparılması hərəkətin intensivliyinə, işlərin keyfiyyətinə və sürücülərin təhlükəsizliyinə birbaşa təsir edir. Baku.ws-in məlumatına görə, Bakıda gündüz saatlarında həyata keçirilən yol işləri bəzi ərazilərdə nəqliyyat sıxlığının artmasına və uzun tıxacların yaranmasına səbəb olur.

Bu isə sürücülərin vaxt itkisi ilə yanaşı, şəhərdaxili hərəkətin təşkilində də əlavə çətinliklər yaradır. Bir sıra hallarda yol təmirinin gecə saatlarında aparılması daha məqsədəuyğun hesab olunur. Lakin bunun üçün ərazinin güclü işıqlandırılması, müvafiq texnikanın və işçi qüvvəsinin səfərbər edilməsi, eləcə də təhlükəsizlik tədbirlərinin düzgün təşkili vacibdir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Baku.ws-ə bildirib ki, yol hərəkətinin intensiv olduğu böyük şəhərlərdə təmir və asfaltlama işlərinin gecə saatlarında aparılması daha məqsədəuyğundur. “Bu, gündüz saatlarında yolların bağlanmasının qarşısını almağa, nəqliyyat sıxlığını və tıxacları minimuma endirməyə imkan verər,” – deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, bu baxımdan dəmir yollarında tətbiq olunan “texniki pəncərə” təcrübəsi nümunə kimi götürülə bilər. Müəyyən vaxt intervalında hərəkət məhdudlaşdırılır və zəruri təmir işləri həmin müddətdə həyata keçirilir. Oxşar təcrübənin avtomobil yollarının tikintisi və təmirində də geniş tətbiq olunması gündüz saatlarında hərəkətin məhdudlaşdırılmasını, tıxacları və digər nəqliyyat problemlərini azaltmağa kömək edə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: