Sabah Bakıda bu yollar bağlı olacaq - SİYAHI
Mayın 10-da Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov Minval.info-ya bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti – Fəxri Xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.
Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Quba yolunda aşan ağac hərəkəti çətinləşdirdi
Bakıda taksi qiymətləri niyə yüksəlib?
Azercell və ADA süni intellekt təlimini başa çatdırdı
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü
Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir