Azercell və ADA süni intellekt təlimini başa çatdırdı
Azercell və ADA Universiteti tərəfindən təşkil edilən “AI4Real Bootcamp” adlı süni intellekt üzrə praktiki təlim proqramı uğurla başa çatdı. Bu proqram, Azərbaycanın və xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb oldu. Seçim mərhələsinin nəticələrinə əsasən, 14 universitetdən 26 tələbə proqramda iştirak hüququ qazandı.
Minval.info xəbər verir ki, proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edirdi. İştirakçılar real biznes tapşırıqları üzərində işləyərək, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırladılar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirildi. Azercell-in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşərək, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verdi.
ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov və digər ekspertlər də öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar. İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaratdı. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olundu və ən yüksək nəticə göstərən beş tələbə yeni tədris ilində Azercell və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazandı.
Azercell, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir və bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü
Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi